Bank Of Baku

KTMT ölkələri bioloji təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirib

KTMT iclas

© APA | KTMT iclas

# 15 dekabr 2022 17:15 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin səlahiyyətli orqanlarının bioloji təhlükəsizlik məsələləri üzrə Koordinasiya Şurasının 1-ci iclası keçirilib.

APA xəbər verir ki, bu barədə KTMT rəsmi internet səhifəsində bildirilib.

Verilən məlumata əsasən , iclas zamanı Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova Koordinasiya Şurasına sədr seçilib.

İclasda şuranın fəaliyyətinin təşkilati məsələləri, o cümlədən gündəlik fəaliyyətdə bioloji təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyət müzakirə olunub.

Xatırladaq ki, adı çəkilən Şura KTMT Təhlükəsizlik Şurasının Katiblər Komitəsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb. Yeni strukturun məqsədi bioloji təhlükələrin qarşısının alınması və onlara qarşı mübarizə sahəsində fəaliyyətin və əməkdaşlığın əlaqələndirilməsi, KTMT-yə üzv olan dövlətlərin bioloji təhlükəsizliyinin təmin edilməsi üçün etibarlı sistemin yaradılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR