Bank Of Baku

KTMT Paşinyana cavab verib

KTMT Paşinyana cavab verib
# 01 aprel 2024 17:37 (UTC +04:00)

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır”.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə adı çəkilən təşkilatdan bildirilib:

“Məsuliyyət zonası” anlayışı son dərəcə mürəkkəbdir. Ermənistan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək istəyir. Bir daha bəyan edirik ki, 2010-cu ildəki razılaşmaya əsasən təşkilatın “məsuliyyət zonası” yalnız ona üzv olan istənilən dövlətin suveren sərhədləri ilə məhdudlaşan ərazisidir”.

Qeyd edək ki, martın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bu suala cavab verilməyəcəyi təqdirdə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən imtina edəcəyini açıqlayıb.

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR