Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatılnın (KTMT) sülhməramlı kontingenti Qazaxıstanın hüquq mühafizə orqanları ilə birlikdə Almatı aeroportunu nəzarətə götürüb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
"Hazırda Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları ilə birlikdə Almatı hava limanı tam nəzarətə götürülüb", - general qeyd edib.