Dünya dərhal hərəkətə keçməlidir. Avropanın və dünyanın gələcəyi təhlükə altındadır.
APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında qeyd edib. O, Rusiyaya qarşı bu addımların atılmasını tələb edib:
1. SWIFT daxil olmaqla dərhl Rusiyaya qarşı dağıdıcı sanksiyaların tətbiqi
2. Rusiyanı bütün vasitələrlə, bütün formatlarda tam təcrid edin
3. Ukrayna üçün silahlar, avadanlıqlar
4. Maliyyə yardımı
5. Humanitar yardım
***
08.42
Putin Ukraynanın genişmiqyaslı işğalını başladıb.
APA-nın xəbərinə görə, Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba “Twitter” hesabında belə qeyd edib. O, dinc Ukrayna şəhərlərinin atəşə tutulduğunu qeyd edib.
“Dinc Ukrayna şəhərləri atəş altındadır. Bu aqressiv müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və dayandırmalıdır. Hərəkətə keçmək vaxtıdır”, - deyə Kuleba qeyd edib.