Bank Of Baku

Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib

Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib
# 13 fevral 2023 11:33 (UTC +04:00)

Sakit okeanda Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kuril adalarındakı filialından bildirilib.

"Fevralın 13-də saat 16.56-da (Moskva vaxtı ilə 8.56) 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Kurilin yaşayış olmayan Simuşir adasından 59 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 101 kilometr dərinlikdə olub", - deyə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib.

Onun sözlərinə görə, yeraltı təkanlar İturup adasında hiss olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR