Bank Of Baku

Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 20 fevral 2022 23:27 (UTC +04:00)

Kursk vilayətində regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA Rusiya Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, buna səbəb hərbi əməliyyatlar təhlükəsinin artması ilə əlaqədar "Donetsk və Luqansk Xalq Respublikaları"ndan ("DXR" və "LXR") gələn sakinlərin bölgəyə təxliyəsidir.

Bundan əvvəl fövqəladə vəziyyət Voronej və Rostov vilayətlərində tətbiq edilib.

Fevralın 18-də separatçı "LXR" və "DXR" rəhbərləri Leonid Paseçnik və Denis Puşilin hərbi əməliyyatlar təhlükəsinin artması ilə əlaqədar respublikaların sakinlərinin Rusiyaya, xüsusən də Rostov vilayətinə təxliyə edildiyini elan ediblər. Rusiya Prezidentinin tapşırığı ilə qaçqınların hər birinə 10 min rubl ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR