Bank Of Baku

Lavrov: ABŞ “de-fakto” Ukrayna müharibəsində iştirak edir

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 11 oktyabr 2022 14:07 (UTC +04:00)

ABŞ “de-fakto” Ukrayna müharibəsində iştirak edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN başçısı ABŞ-ın Ukrayna ordusuna silahlar verdiyini, kəşfiyyat məlumatları ötürdüyünü xatırladıb.

“Mənə elə gəlir ki, de-fakto amerikalılar bu müharibədə çoxdan iştirak edirlər. Onlar təkcə Zelenskini və onun rejimini silahlandırmır, həm də peyk kəşfiyyat məlumatlarını ötürürlər. ABŞ və Qərbin hərbi qulluqçularının Ukraynada “yerdə” döyüşdüyünə, o cümlədən bələdçi kimi fəaliyyət göstərməsinə dair sübutlar var”,- deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR