Bank Of Baku

Lavrov: ABŞ Rusiya ilə Ukrayna arasında dostluğu pozmağı qarşısına məqsəd qoyub

Lavrov: ABŞ Rusiya ilə Ukrayna arasında dostluğu pozmağı qarşısına məqsəd qoyub
# 12 fevral 2023 18:58 (UTC +04:00)

ABŞ-ın əsas siyasi məqsədlərindən biri Rusiya ilə Ukrayna arasında dostluğu pozmağa yönəlib.

APA xəbər verir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Bu gün nazirliyin rəsmi portalında nazirlə "Vacib olanlar haqqında söhbətlər" adlı müsahibə dərc olunub.

“ABŞ-ın qarşıya qoyduğu siyasi məqsədin dostluğun inkişafına necə qarşı yönəldiyini görürük. Amerikalılar heç vaxt səmimi olmayıblar”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Vaşinqtonla Moskva arasında münasibətlər SSRİ-nin dağılmasından sonra yeni keyfiyyətlər qazanmağa başlayıb. Lavrov deyir ki, məhz o andan etibarən ABŞ Rusiyanın keçmiş İttifaqın digər respublikaları ilə yaxşı münasibətdə olmağına mane olmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR