Bank Of Baku

Lavrov: “ABŞ Ukraynaya “Patriot” sistemləri üzrə mütəxəssislər göndərməyəcək”

Lavrov: “ABŞ Ukraynaya “Patriot” sistemləri üzrə mütəxəssislər göndərməyəcək”
# 28 dekabr 2022 21:47 (UTC +04:00)

ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri üzrə mütəxəssislər göndərməyəcək.

APA xəbər verir ki, “RT”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O Vaşinqtondan müxtəlif kanallar vasitəsi ilə alınan cavabın bu cür olduğunu bildirib.

“Bizə kifayət qədər geniş izah verildi ki, bu, planlaşdırılmayıb. Amerikalılar Rusiyaya qarşı döyüşmək istəmirlər və bunu etməyəcəklər”, - deyə Lavrov bildirib.

Nazir onu da əlavə edib ki, Amerika tərəfinin zəmanətinə əsasən, Ukraynadakı “Patriot” sistemləri bir neçə ay ərzində istifadəyə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR