Bank Of Baku

Lavrov AEBA-nın baş direktoru ilə görüşüb - FOTO

Lavrov AEBA-nın baş direktoru ilə görüşüb - FOTO
# 10 mart 2022 17:44 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində keçirilən Diplomatiya Forumu çərçivəsində baş tutub.

Lavrov-Qrossi görüşü Ukraynadakı AES-lər fonunda keçirilib.

AEBA-nın baş direktoru Lavrovla Ukrayna atom elektrik stansiyaları ilə bağlı görüşü konstruktiv adlandırıb.

“Ukraynada atom elektrik stansiyaları və digər obyektlər müzakirə olundu Biz təhlükəsizliyi təmin etmək yollarını axtarırıq. Heç bir problem yoxdur, görüş konstruktiv keçdi", - Qrossi jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası-Ukrayna-AEBA üçtərəfli görüşü ilə bağlı qərar hələ qəbul edilməyib, tərəflər bu məsələni müzakirə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR