Bank Of Baku

Lavrov: Anqlosakslar Avropanı Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlayırlar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 04 noyabr 2024 12:54 (UTC +04:00)

Vladimir Zelenski rejimi uğursuz olarsa, anqlosakslar kontinental Avropanı Rusiya ilə birbaşa silahlı münaqişə şəklində intihar avantürasına hazırlayırlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcəyi yaradarakən” Beynəlxalq Elmi Fantastika Simpoziumunda çıxışında bildirib.

“Bu gün anqlosakslar Avropanın əksər ölkələrini nasist bayrağı altında toplayan Hitler kimi Kiyev rejiminin əli ilə ölkəmizi məğlub etməyə ümid edirlər. Onlar ehtiyat variant olaraq, Zelenski rejimi uğursuz olarsa, kontinental Avropanı intihar avantürasına, Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlayırlar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.


Lavrov bir çox Avropa ölkələrinin hazırkı hakim elitasının çoxqütblü dünyada özləri üçün gələcək görmədiklərindən və “xarici hegemonu” özləri üçün xilas yolu kimi axtarmalarından təəssüfləndiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR