Avropada bir sıra siyasətçilər onlardan istifadə edildiyini və qəsdən zəiflədildiyini anlamağa başlayıblar.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə belaruslu həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Fikrimcə, Avropa, ən azı bir sıra Avropa ölkələrinin məsul siyasətçiləri başa düşməyə başlayır ki, onlardan ümumiyyətlə istifadə olunur, sənayesizləşdirməyə sürüklənirlər, qəsdən zəiflədirlər ki, onlar müstəqil oyunçu olmağa çalışmaq barədə düşünməsinlər"-deyə rusiyalı nazir vurğulayıb.
Lavrov bu cür vəziyyətin nə vaxtsa keçəcəyinə və Avropa ölkələrində hakimiyyətə öz xalqlarının mənafeyindən çıxış edəcək siyasətçilərin gələcəyinə əmin olduğunu söyləyib.