Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına (CAR) gedib.
APA xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lavrov BRİKS sammitində Rusiyanı təmsil edəcək.
Rusiya lideri Vladimir Putin isə sammitdə videokonfrans vasitəsilə iştirak edəcək.
Qeyd edək ki, bu gün Yohannesburqda BRIKS sammiti başlayıb və 24 avqust tarixinə qədər davam edəcək. Sammitdə Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edəcək.