Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına səfər edəcək.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Lavrov 1-2 iyun tarixlərində CAR-da səfərdə olacaq və BRICS XİN rəhbərlərinin iclasına qatılacaq.