Bank Of Baku

Lavrov çinli həmkarı ilə Hindistanda görüşüb

Lavrov çinli həmkarı ilə Hindistanda görüşüb
# 04 may 2023 17:21 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Sin Qanq ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Hindistanın Qoa ştatında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

Lavrov və Sin Qanq bir-birini təbəssümlə salamlayıb və əl sıxıblar. Danışıqlar mətbuat üçün giriş sözü olmadan başlayıb və bağlı qapılar arxasında davam edib.

Qeyd olunub edək ki, bundan öncə iki ölkənin xarici işlər nazirləri aprel ayında Səmərqənddə keçirilən Əfqanıstana qonşu ölkələrin nazirlərinin konfransı çərçivəsində görüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR