Bank Of Baku

Lavrov Dəməşq və Ankara normallaşması üçün yol xəritəsinin yaradılmasını təklif edib

Lavrov Dəməşq və Ankara normallaşması üçün yol xəritəsinin yaradılmasını təklif edib
# 10 may 2023 12:50 (UTC +04:00)

Dəməşq və Ankara arasında logistika əlaqələrinin bərpası üzərində işə başlamaq vacibdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya, Türkiyə, Suriya və İran XİN başçılarının dördtərəfli görüşünün protokol hissəsində çıxışında bildirib.

Onun sözlərinə görə, suriyalı qaçqınların öz vətənlərinə təhlükəsiz qayıtmasının təşviqi Rusiya Federasiyası, Suriya, Türkiyə və İran üçün prioritetdir.

Lavrov Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün yol xəritəsinin yaradılmasını təklif edib: “Növbəti görüş üçün Suriya nizamlanmasına dair yol xəritəsi layihəsi hazırlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR