Rusiya Moskvanın Dnestryanı münaqişəyə müdaxilə etməli olacağı ssenaridən qaçmaq istəyərdi.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, Dnestryanıdakı vəziyyətin arxasında duran qüvvələr regionda sabitlikdə maraqlı deyil, onlar növbəti gərginlik ocağı yaratmaq istəyirlər.