Lavrov erməni həmkarına irad tutub - VİDEO

Lavrov erməni həmkarına irad tutub - VİDEO
# 30 noyabr 2023 17:01 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana irad tutub.

APA-nın Moskva müxbiri xəbər verir ki, hadisə Lavrovla Mirzoyanın Şimali Makedoniyanın paytaxtı Skopyedə görüşü zamanı baş verib.

Görüşdən yayılan qısa videoda Lavrovun Mirzoyana irad tutduğu müşahidə olunub.

“Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?”, – Lavrov Mirzoyanı Ermənistanın Vyanadakı və ATƏT-dəki səfirinin fəaliyyətinə görə qınayıb.

Qeyd edək ki, KİV-də Ermənistanın Avropadakı səfirlərinin anti-Rusiya fəaliyyətlərində fəal iştirak etdiklərinə dair məlumatlar yayılmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR