“Rəsmi Tehran indiyə qədər Atom Enerjisi Beynəlxalq Agentliyi (AEBA) qarşısında götürdüyü heç bir öhdəliyi pozmayıb".
APA-nın "Ria-Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Valday” müzakirə klubunun iclasında deyib.
“Biz qeyd edirik ki, İran indiyə qədər hüquqi sənədlərlə - nüvə silahının yayılmaması üzrə saziş, təminatlar haqqında sənəd və həmin sənədə əlavə olunmuş onların konüllü yerinə yetirdiyi protokolla öz üzərinə götürdüyü öhdəliklərinin heç birini pozmayıb. İran nə edirsə, AEBA-nın nəzarəti altında edir”, - deyə Lavrov bildirib.