Bank Of Baku

Lavrov Kubaya işgüzar səfər edib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 20 aprel 2023 12:19 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubaya işgüzar səfərə gedib.

APA xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi “Telegram” kanalında yazıb.

Qeyd olunub ki, Rusiya XİN rəhbəri Kuba səfərindən öncə Nikaraquada səfərdə olub və orada xarici işlər naziri Denis Monkada və Nikaraqua Prezidenti Daniel Orteqa ilə görüşüb.

Görüş zamanı tərəflər Rusiya ilə Nikaraqua arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlıq layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Nazirliyin məlumatında deyilir ki, Rusiya XİN rəhbərinin Kuba səfəri onun Latın Amerikası turunda sonuncu səfər olacaq.

Xatırladaq ki, Lavrov Nikaraqua və Kuba ilə yanaşı, Braziliya və Venesuelaya da səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR