Kiyev daim Moskvaya Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında birbaşa danışıqlar təklifi ilə çıxış edir. İndi bu məsələ iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr mərhələsindədir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü əlavə edib ki, bu cür danışıqların təşkili prosesi Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın Antalyadakı görüşündə müzakirə olunacaq.
Nazirlərin birbaşa təmasların aparılması ilə bağlı razılığa gələ biləcəklərini soruşduqda, Kreml rəsmisi danışıqların nəticəsini gözləməyi təklif edib.