Bank Of Baku

Lavrov Minsk Qrupunun taleyinin necə olacağını bilmir

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 08 aprel 2022 15:45 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun gələcək taleyinin necə olacağını bilmirəm.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

Lavrov Minsk Qrupunun naməlum taleyinin səbəbi kimi həmsədr dövlətlər - ABŞ və Fransanın rusofob siyasətini göstərib.

Onun sözlərinə görə, rusofob əhval-ruhiyyədə olan fransalı və amerikalı tərəfdaşları Rusiya Federasiyası ilə bağlı olan hər şeyi ləğv ediblər, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr üçlüyündən də imtina ediblər və bəyan ediblər ki, Rusiya ilə bu formatda danışmayacaqlar.

Lavrov vurğulayıb ki, əgər onlar Cənubi Qafqazdakı maraqlarını qurban vermək istəyirlərsə, bu, onların seçimidir.

Rusiya XİN başçısı qeyd edib ki, o, bu cür yanaşmanı tamamilə məsuliyyətsiz hesab edir.

Lavrov deyib ki, əgər ABŞ və Fransa bu cür addım atmaq barədə qərar veriblərsə, necə deyərlər, özləri bilsinlər. Lavrov əlavə edib ki, bu yanaşma Rusiyanı ruhdan salmayacaq və Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli formatda əldə etdiyi razılaşmaların icra olunmasına töhfə verməyə qərarlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR