“Turbulentliyə baxmayaraq, Rusiya ilə Çin arasında münasibətlər dinamik inkişaf edir”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ ilə görüşündə bildirib.
O, Moskva ilə Pekinin bir-birlərinin maraqlarının müdafiə etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Van İ fevralın 21-dən Rusiya paytaxtında səfərdədir. Dünən onun Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü keçirilib.