Bank Of Baku

Lavrov Moskvda Körfəzin ərəb dövlətlərinin XİN başçıları ilə görüşüb

Lavrov Moskvda Körfəzin ərəb dövlətlərinin XİN başçıları ilə görüşüb
# 10 iyul 2023 15:36 (UTC +04:00)

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov Körfəzin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının xarici işlər nazirləri arasında danışıqlar keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilən danışıqlarda Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanın xarici işlər nazirləri iştirak edir.

Görüşdə çıxış edən Sergey Lavrov Rusiya ilə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası arasında strateji dialoqun iştirakçılarının Moskva görüşündən sonra birgə bəyanat qəbul edəcəklərini söyləyib: "Müzakirəmizin nəticələri bu gün qəbul etməyi planlaşdırdığımız birgə bəyanatda qeyd olunacaq. Mən ekspertlərimizə bunun razılaşdırılması istiqamətində gördükləri işlərə görə, həmçinin birgə fəaliyyət planı layihəsinin razılaşdırılması ilə bağlı təşəkkür etmək istərdim".

Lavrov qeyd edib ki, Rusiya və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin qarşılıqlı fəaliyyətini sistemli və strateji əsasda inkişaf etdirmək üçün hər cür imkanları var: "Rusiya və Körfəzin ərəb ölkələri qarşısında duran vəzifələri uğurla həll etmək, qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək və onu sistemli strateji əsasa köçürmək üçün bütün lazımi mexanizmlərə malikdir", deyə Rusiya XİN başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR