Bank Of Baku

Lavrov: NATO Ukrayna üzərindən Rusiya ilə müharibə aparır, məqsəd hakimiyyəti devirməkdir

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 18 yanvar 2023 12:31 (UTC +04:00)

Qərbin sanksiyalarının məqsədi Rusiyada hakimiyyətin devrilməsidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Qərb ölkələrinin artıq açıq şəkildə Rusiyada məqsədlərinin nə olduğunu bildirdiklərini söyləyib: "Artıq maskalar düşüb. Qərbin sanksiyalarının məqsədi Rusiya xalqına qarşı yönəlib ki, onlar ayağa qalxıb hazırkı Rusiya rəhbərliyini devirsinlər", - deyə Lavrov vurğulayıb.

XİN başçısı vurğulayıb ki, NATO Ukrayna üzərindən Rusiya ilə müharibə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR