Bank Of Baku

Lavrov Nyu-Yorka səfər edəcək

Lavrov Nyu-Yorka səfər edəcək
# 17 yanvar 2024 14:27 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 22-24-də BMT Təhlükəsizlik Şurasının açıq debatlarında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, söhbət Fələstin məsələsi də daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının rüblük açıq müzakirələrindən, eləcə də Rusiyanın təşəbbüsü ilə Ukrayna məsələlərinə dair iclasdan gedir.

“Yaxın Şərq problemlərinə dair debatda "Fələstin-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının müzakirəsinin davam etdirilməsi gözlənilir. Ukrayna məsələsinin müzakirəsinə gəlincə, biz bunu BMT-nin yüksək platformasında Rusiyanın mövqeyini, o cümlədən Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqlarını nəzərə almaqla böhranın siyasi və diplomatik yolla həlli ilə bağlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət hesab edirik”, - deyə Zaxarova vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR