Qərb G20 sammitinin gündəmini ukraynalaşdırmağa nail ola bilməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, G20-nin yekun bəyannaməsindəki “Ukrayna” bəndi bütün münaqişələrin həlli zərurəti kontekstində qeyd edilib.
Lavrov G20 sammitinin uğurlu keçdiyini də söyləyib. O, G20-nin hazırda daxili islahatlar dövrünü yaşadığını əlavə edib..
Qeyd edək ki, G20 sammiti Hindistanın sədrliyi ilə Yeni Dehlidə keçirilib. Sammitdə Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin iştirak etməyib. Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edib.