Bank Of Baku

Lavrov: Qərbin hibrid müharibəsinin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir

Lavrov: Qərbin hibrid müharibəsinin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir
# 15 fevral 2023 14:02 (UTC +04:00)

Qərbin Moskvaya qarşı hibrid müharibəsinin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “Hökumət saatı”nda bildirib.

"Bu gün ABŞ və onun “satellitləri” Ukrayna milli radikallarından bir taran kimi istifadə edərək, bizə qarşı uzun illərdir hazırlanmış hərtərəfli hibrid müharibə aparır. Bu müharibənin məqsədi gizlədilmir: Bu təkcə ölkəmizi döyüş meydanında məğlub etmək, Rusiya iqtisadiyyatını məhv etmək deyil, həm də bizi sanitar kordonla əhatə etmək, bizi bir növ tələnmiş ölkəyə çevirməkdir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR