Bank Of Baku

Lavrov: “Qərbin Kiyevə daha çox uzaq mənzilli raketlər verməsi Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcək”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 17 sentyabr 2023 14:00 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Rusiyaya qarşı müharibə aparır, bunun üçün Ukraynadan istifadə edir.

APA xəbər verir ki, nazir bunu jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Baş verən budur ki, Ukrayna uzun illərdir ki, Rusiyaya strateji məğlubiyyət vermək üçün döyüşməyə hazırlaşır. Nə deyirlər desinlər, bu müharibəni aparırlar, silah, sursat, kəşfiyyat, peyk məlumatları verirlər. Qərb bizə qarşı müharibə aparır”, - Lavrov bildirib.

Nazir ABŞ-ın Kiyevi daha da uzun mənzilli raketlərlə təmin edə biləcəyi ilə bağlı məlumatı belə cavablandırıb. Lavrov Qərbin Kiyevə getdikcə daha çox uzaq mənzilli raketlər verməsinin Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcəyinə diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR