Bank Of Baku

Lavrov razılığa gəlmək üçün şansların hər zaman olduğunu bildirib

Sergey Lavrov, Prezident Vladimir Putin

© APA | Sergey Lavrov, Prezident Vladimir Putin

# 14 fevral 2022 17:04 (UTC +04:00)

Təhlükəsizlik zəmanətləri ilə bağlı təklifə ABŞ-ın cavabı Rusiyanı qane edə bilməz.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinlə görüşdə bildirib.

O, ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə reaksiyaya cavabların hazır olduğunu və bu cavabların 10 səhifədən ibarət olduğunu söyləyib.

Rusiya XİN başçısı ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı Qərblə razılaşmaq şanslarını da qiymətləndirib.

“Şanslar hər zaman var”, - o vurğulayıb.

Qeyd edək ki, Vladimir Putin bu gün Kremldə xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Lavrov Rusiya dövlət başçısına təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın Qərbə təklifləri ətrafındakı vəziyyətlə bağlı məruzə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR