Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Malayziyanın paytaxtı Kuala-Lumpurda baş tutub.
Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasının (ASEAN) forumu çərçivəsində keçirilən Lavrov-Rubio görüşü 50 dəqiqə davam edib.
***
14:18
Rusiya xarici işlər naziri Sergey Lavrov Malayziyanın paytaxtı Kuala Lumpurda ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüş keçirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiyasiyasının Forumu çərçivəsində keçirilir.