Bank Of Baku

Lavrov: Rusiya G20 sammitində ABŞ-la danışıqlardan imtina etmir

Lavrov: Rusiya G20 sammitində ABŞ-la danışıqlardan imtina etmir
# 11 oktyabr 2022 14:56 (UTC +04:00)

Rusiya G20 sammiti çərçivəsində ABŞ-la danışıqlardan imtina etmir, təklif gələrsə, Moskva bunu nəzərdən keçirəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov G20 sammiti çərçivəsində Vladimir Putin və Co Bayden arasında mümkün təmaslar barədə sualı cavablandırarkən deyib.

“Biz dəfələrlə deyirik ki, görüşlərdən heç vaxt imtina etmirik və təklif gələrsə, ona baxacağıq”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, G20-nin növbəti sammiti 15-16 noyabrda İndoneziyanın Bali adasında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR