Rusiya NATO-ya yeni ölkələrin daxil olması ilə bağlı adekvat addımlar atır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz adekvat addımlar atırıq və sizi əvvəlcədən əmin etməyə cəsarət edirəm", - deyə Lavrov jurnalistlərin müvafiq sualını cavablandırıb.
Nazir həmçinin bildirib ki, Rusiya tərəfi həm Finlandiyanın, həm də İsveçin öz neytral statusundan imtina etmə sürətinə və bu statusdan əldə edilən üstünlüklərə heyran qalıb.