Bank Of Baku

Lavrov: Rusiya nüvə silahı ilə bağlı “kompensasiya tədbirləri”nə əl atmağa məcburdur

Lavrov: Rusiya nüvə silahı ilə bağlı “kompensasiya tədbirləri”nə əl atmağa məcburdur
# 26 oktyabr 2023 12:20 (UTC +04:00)

Rusiya ABŞ-ın Avropada nüvə silahı yerləşdirməsinə cavab olaraq “kompensasiya tədbirləri”nə əl atmağa məcburdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” adlı yüksək səviyyəli beynəlxalq konfransda deyib.

O vurğulayıb ki, Qərbin siyasəti nəticəsində Avropada etimad tədbirləri və silahlara nəzarət sistemi məhv edilib, bura ABŞ-ın bir sıra təhlükəsizlik müqavilələrindən çıxması da daxildir.

"Avropanın bir sıra ölkələrində Amerika nüvə silahlarının ön mövqelərdə yerləşdirilməsi və "birgə nüvə missiyaları"nın həyata keçirilməsi nəticəsində artan strateji risklər yaranır. Bunun son dərəcə sabitliyi pozur. NATO-dan gələn təhdidlərin ümumi artımı fonunda bu, bizi kompensasiya tədbirlərinə əl atmağa məcbur edir”,- deyə Rusiya XİN başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR