Bank Of Baku

Lavrov: “Rusiya-Qərb münasibətlərində böhran Ukraynaya görə deyil”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 16 mart 2022 14:00 (UTC +04:00)

Rusiyanın Qərblə münasibətlərində mövcud böhran Ukrayna ətrafındakı vəziyyətlə bağlı deyil.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya müsahibəsində bildirib.

O, Moskvaya təzyiqin illərdir ki, artdığını qeyd edib.

“Qərblə münasibətlərdə mövcud böhran indi başlamayıb və bütün bunlar Ukraynaya görə deyil”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov xatırladıb ki, ABŞ Prezidenti Donald Trampın dövründə o vaxtkı Dövlət katibi Mayk Pompeo Afrika turu zamanı ölkə rəhbərliyini Rusiya və Çinlə ticarət etməməyə, onlardan investisiya almamağa çağırıb: "Bu, indiki hadisələrdən xeyli əvvəl idi".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR