Bank Of Baku

Lavrov: “Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 16 mart 2022 16:44 (UTC +04:00)

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması kursunu alqışlayırıq. Öz tərəfimizdən Cənubi Qafqaz ölkələri arasında münasibətləri dərinləşdirəcək bütün istiqamətlərdəki birgə işə hazır olacağıq”, - Lavrov qeyd edib.

O, türkiyəli həmkarı ilə müntəzəm təmasları davam etdirməyi razılaşdırdıqlarını vurğulayıb: “Müntəzəm təmaslarımız öz praktiki faydasını sübut edib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR