Bank Of Baku

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqlara başlanılmasının tərəfdarıdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 29 aprel 2025 19:46 (UTC +04:00)

Rusiya Ukrayna ilə ilkin şərtlər olmadan, birbaşa danışıqlara başlanılmasının tərəfdarıdır.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibətilə atəşkəs təklifi Kiyevlə heç bir ilkin şərt olmadan birbaşa danışıqlara başlamaq anlamına gəlir.

"Atəşkəsin qəbul edilməsi yeganə şərt hesab edilə bilər", - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR