Rusiya və İran yeni dövlətlərarası müqavilə layihəsi üzərində işləməkdə davam edir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Danışıqlar ənənəvi dostluq şəraitində keçdi, səmimi və konkret oldu, danışıqları çox faydalı hesab edirəm. Hazırda yeni böyük dövlətlərarası sazişin layihəsi üzərində iş gedir, onun qəbulu İran tərəfinin təşəbbüsü ilə olub və biz mümkün qədər tez imzalanmaqda qarşılıqlı maraqlı olduğumuzu bildirdik", - deyə Rusiya XİN başçısı vurğulayıb.