Bank Of Baku

Lavrov: Rusiyanın qaz ittifaqı yaratmaq ideyası siyasi oyun deyil

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 10 dekabr 2022 19:39 (UTC +04:00)

Rusiyanın Özbəkistan və Qazaxıstanla qaz ittifaqı yaratmaq ideyası siyasi və ya geosiyasi oyun deyil.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın “Xabar24” kanalına müsahibəsində deyib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 28 noyabrda Moskvaya səfəri zamanı Rusiya, Qazaxıstan və Özbəkistanın iştirakı ilə “üçtərəfli qaz ittifaqının” yaradılması məsələsini rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.

Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov isə öz növbəsində deyib ki, Özbəkistan Rusiya ilə qaz tədarükü üzrə kommersiya kontraktları imzalamağa hazırdır, ancaq rəsmi Moskvanın təklif etdiyi, Rusiya və Qazaxıstanla qaz ittifaqına girmək niyyəti yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR