Bank Of Baku

Lavrov Səudiyyə Ərəbistanının XİN başçısı ilə İsrail-Fələstin münaqişəsini müzakirə edib

Lavrov Səudiyyə Ərəbistanının XİN başçısı ilə İsrail-Fələstin münaqişəsini müzakirə edib
# 09 sentyabr 2025 06:54 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi perspektivlərini, həmçinin İsrail-Fələstin münaqişəsi zonasında vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Qeyd olunub ki, nazirlər Rusiya–Səudiyyə əlaqələrinin mövcud vəziyyəti və onların çoxşaxəli inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

Tərəflər Moskva ilə Ər-Riyad arasında siyasi dialoqun yüksək dinamikasının saxlanmasının, eləcə də ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR