Lavrov: "Taliban" Əfqanıstanda real gücdür

Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiya xarici işlər naziri Sergey Lavrov

# 27 may 2024 15:42 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov "Taliban"nın Rusiyada terror təşkilatları siyahısından çıxarılması məsələsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov Əfqanıstanın Rusiyaya biganə ölkə olmadığını söyləyib.

""Taliban" hərəkatının Rusiyada terror təşkilatları siyahısından çıxarılması təşəbbüsü obyektiv reallığı əks etdirir. "Taliban" Əfqanıstanda real gücdür və Rusiya Federasiyası buna biganə deyil", deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, "Taliban" Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatları siyahısından çıxarıla bilər. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə "Taliban"ın Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılması ilə bağlı məruzə edib.

Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Rusiyanın "Taliban"a Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda iştirak üçün dəvət göndərdiyini də söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR