Bank Of Baku

Lavrov Trampın qayıdışı ilə Rusiya-ABŞ münasibətlərinin dəyişəcəyini düşünmür

Lavrov Trampın qayıdışı ilə Rusiya-ABŞ  münasibətlərinin dəyişəcəyini düşünmür
# 23 yanvar 2024 10:54 (UTC +04:00)

"Donald Trampın ABŞ prezidenti vəzifəsinə mümkün qayıdışı çətin ki, Rusiya-Amerika münasibətlərinə hansısa şəkildə təsir etsin".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin CBS kanalına müsahibəsində Tramp yenidən prezident olsa, ABŞ siyasətinin fərqli ola biləcəyi ilə bağlı suala cavabında deyib.

Lavrov Tramp Prezident seçilərsə, Rusiya-ABŞ münasibətlərində hansısa fərqin olacağına inanmadığını da söyləyib.

"Mən bir fərqin olacağına inanmıram. Çünki Rusiya-Amerika münasibətlərinin dağılmasını təməlini, o cümlədən strateji təhlükəsizlik, paritet, qarşılıqlı etimad, yoxlamalar, şəffaflıq və inamla bağlı bütün müqavilələr də daxil olmaqla bu münasibətlərin əsaslarını prezident Corc Buş məhv etməyə başlayıb", deyə Rusiya XİN başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR