Bank Of Baku

Lavrov Türkiyənin "Barış bulağı" hərbi əməliyyatının başa çatdığını bildirib

Lavrov Türkiyənin "Barış bulağı" hərbi əməliyyatının başa çatdığını bildirib
# 23 oktyabr 2019 00:14 (UTC +04:00)

"Türkiyənin Suriyanın şimal-şərqindəki "Barış bulağı" hərbi əməliyyatları başa çatıb. Bundan sonra hər şey kürd qruplaşmalarının geri çəkilməsindən asılı olacaq". 

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

 

"Əmıliyyatlar başa çatıb. İndi hər şey razılıqların necə icra olunmasında, o cümlədən kürd qruplaşmalarının qüvvələrini geri çəkməsindən asılı olacaq", - deyə Rusiya XİN başçısı vurğulayıb.

 
Qeyd edək ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı  6 saatdan çox danışıqlar keçirilib. Danışıqların yekunu ilə bağlı Putin və Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Danışıqların yekunu ilə bağlı birgə Memorandum qəbul olunub.  
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR