Bank Of Baku

Lavrov: "Ukrayna Rusiyanın xoşməramlı jestini qiymətləndirmədi"

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 19 aprel 2022 13:36 (UTC +04:00)

İstanbuldakı danışıqlardan sonra xoşməramlı jest olaraq Ukraynadakı qoşunlarının konfiqurasiyasını dəyişdik, lakin Ukrayna tərəfi bu jesti layiqincə qiymətləndirmədi.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “India Today”ə müsahibəsində bildirib.

"Biz sadəcə Ukraynadakı hərbi mövcudluğumuzun konfiqurasiyasını dəyişdik. Bu, İstanbuldakı görüşdən dərhal sonra açıqlandı. Biz dedik ki, Ukrayna tərəfinin təqdim etdiyi təkliflərə baxılması üçün xoşməramlı jest olaraq Çerniqov və Kiyev vilayətlərində hərbi mövcudluğumuzun konfiqurasiyanı dəyişirik. Lakin bilirsiniz, bu, layiqincə qiymətləndirilmədi. Əvəzində dərhal Buçada səhnələşdirilmə baş verdi”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR