Bank Of Baku

Lavrov: “Ukraynadakı əməliyyat ABŞ-ın dominantlığına son qoymaq üçün nəzərdə tutulub”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 11 aprel 2022 16:45 (UTC +04:00)

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ABŞ və digər Qərb ölkələrinin sərhədsiz hökmranlıq kursuna son qoymaq üçün nəzərdə tutulub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində deyib.

“Bizim xüsusi hərbi əməliyyatımız ABŞ-ın və digər Qərb ölkələrinin beynəlxalq arenada sərhədsiz genişlənməsinə və hədsiz hökmranlıq kursuna son qoymaq üçün nəzərdə tutulub”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, belə dominantlıq beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qurulur: “Kosovoda referendum olmadan müstəqilliyi tanımaq olar, Krımda isə xarici ölkələrin yüzlərlə obyektiv nümayəndəsinin, xarici dövlətin ictimaiyyətinin müşahidə etdiyi referendumla bu olmaz. ABŞ-dan on min kilometr uzaqdakı İraqı Amerika təhlükəsizliyinə təhlükə hesab etdilər, oranı bombaladılar, lakin heç bir təhlükə tapmadılar və hətta üzr də istəmədilər. Amma bizim sərhədlərimizin düz yanında neonasistlər və ultra-radikallar yetişdirilir, Pentaqonun xətti ilə onlarla bioloji laboratoriya yaradılır, ilk növbədə bioloji silahların yaradılmasına yönəlmiş bir növ təcrübələr aparılır. Bu barədə sənədlər tapılıb və bu, heç kəsdə şübhə doğurmur. Bu təhlükə okeanın o tayında deyil, bizim sərhədlərimizin yaxınlığındadır. Bizə isə bu təhlükəni cavablandırmağa icazə verilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR