Bank Of Baku

Lavrov Ukraynanı İstanbul görüşündəki müddəalardan kənara çıxmaqda ittiham edib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 07 aprel 2022 15:27 (UTC +04:00)

Ukrayna dünən Rusiya ilə müqavilə layihəsini təqdim edib və bu layihədə İstanbuldakı görüşdə müəyyən edilmiş müddəalardan kənara çıxılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ukrayna əvvəl təhlükəsizlik zəmanətlərinin Krıma şamil edilməyəcəyinə söz verib, lakin sazişin yeni variantında bu bənd yoxdur.

O həmçinin, hərbi təlimlərlə bağlı razılaşdırılmış müddəanın Ukrayna tərəfindən dəyişdirildiyini qeyd edib.

“Ukrayna yeni müqavilə layihəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış müddəanı dəyişdirib. Həmin müddəada Rusiya Federasiyasının razılığını alınmasının vacibliyi qeyd olunmayıb", Lavrov deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR