Bank Of Baku

Lavrov və Hakan Fidan Cənubi Qafqaz regionunun münaqişədən sonra yenidən qurulmasını müzakirə edəcək

Lavrov və Hakan Fidan Cənubi Qafqaz regionunun münaqişədən sonra yenidən qurulmasını müzakirə edəcək
# 30 avqust 2023 19:13 (UTC +04:00)

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında sabah keçiriləcək görüşdə Cənubi Qafqaz regionunun münaqişədən sonra yenidən qurulması məsələləri ətraflı müzakirə olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Hakan Fidanın avqustun 31-də Sergey Lavrovla aparacağı danışıqlar öncəsi yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, danışıqlarda Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası, nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı təhlili planlaşdırılır.

Qeyd edək ki, 31 avqust – 1 sentyabr tarixlərində Türkiyə XİN başçısı Hakan Fidan rusiyalı həmkarı Lavrovla danışıqlar aparmaq üçün Moskvaya işgüzar səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR