Rusiya xarici işlər naziri Sergey Lavrov və Moskva meri Sergey Sobyanin Dövlət Dumasındakı mandatlarından imtina ediblər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib.
Qeyd olunub ki, parlament seçkilərində qalib elan olunan Vahid Rusiya Partiyasından namizədlər siyahısına rəhbərlik edən Sergey Lavrov, Sergey Sobyanin, Anna Lvova-Belova və hərbi jurnalist Yevgeni Poddubnıy Dumadakı mandatlarından imtina ediblər.