Bank Of Baku

Lavrov və Rubio Alyaska görüşünün hazırlıqlarına dair müzakirələr aparıblar

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Marko Rubio

© APA | Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Marko Rubio

# 12 avqust 2025 21:02 (UTC +04:00)

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşün hazırlıqları ilə bağlı müzakirələr aparıblar.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Lavrov və Rubio danışıqların uğurla keçməsi üçün ortaq əzm nümayiş etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR