Rusiya və Macarıstanın xarici işlər nazirləri Sergey Lavrov və Peter Siyarto sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşüb və Ukrayna münaqişəsini müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı nazirlər BMT-nin digər məsələləri və aktual beynəlxalq problemlər ətrafında da fikir mübadiləsi aparıblar.